Naxçıvana uçuşlar yenidən ləğv edildi

21:23 18.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin Naxçıvan istiqaməti üzrə reysləri ləğv olunub.

AZAL-dan hafta.az-a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

Qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.